Trolleybus qarda batdı - VİDEO

Maraqlı 22 Yanvar 2016 15:40 Oxunub 1589
Trolleybus qarda batdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər görün nəyə əl atdı?

Yolun ortasında qalan troleybusu itələyərək hərəkətə gətirməyə çalışdılar. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, izləyənlərdə böyük maraq oyadan bu görüntülər Ukraynanın Poltava şəhərində lentə alınıb.

İçi sərnişinlə dolu olan nəqliyyat vasitəsi yolun ortasında xarab olur. Bu isə sakinlərin işə, dərsə getməsinə əngəl törətməklə yanaşı, səbr kasasını da doldurur. Gözləməkdən yorulan onlarla sərnişin vəziyyətdən çıxmaq üçün troleybusu itələyərək yerindən tərpətməyə çalışır.Ən maraqlısı isə nəqliyyat vasitəsini hərəkətə gətirməyə çalışan sərnişinlər arasında təqaüdçülərin üstünlük təşkil etməsi olub. Qollarına güc verən bu şəxslərin görüntüləri həvəskar kameradan anbaan lentə alınıb.

Qeyd edək ki, məhz sərnişinlərin bu cənfəşanlığından sonra yaranmış problem qısa zamanda həll olunub və trolleybus qəzasız-bəlasız yoluna davam edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh