Qadın sürücü soyğunçuları belə peşman etdi - VİDEO

Maraqlı 24 Yanvar 2016 01:43 Oxunub 2323
Qadın sürücü soyğunçuları belə peşman etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi

Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi. Qəribə hadisə ABŞ-ın Florida ştatında baş verib. Yanacaq məntəqəsində avtomobil oğurlamaq istəyən 3 nəfər, qadın sürücünün cəsur müqaviməti ilə üzləşib. Qadın sürücü onun avtomobilini oğurlamağa təşəbbüs edənlərlə dalaşır. Heyleh qəsəbəsində 3 oğru yanacaqdoldurma məntəqəsində onun avtomobilini oğurlamaq istəyib. Həmin vaxt avtomobilinə yanacaq dolduran sahibi onlara mane olub. 2 uşağının da arxa oturacaqda olması qadını özündən çıxarıb. Cəsur ana qapını açaraq əvvəlcə sükan arxasına əyləşmiş oğrunu çölə dartıb atıb. Bunu görən digər oğrular da aradan çıxıblar. Ancaq dərhal xəbər verilən polislər oğruları tutmağa müvəffəq olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh