Xüsusi Mercedes S63 AMG - FOTO

Avtodünya 30 Yanvar 2016 12:51 Oxunub 2246
Xüsusi Mercedes S63 AMG - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes-Benz" şirkəti məhdud sayda xüsusi versiyada kabriolet "S 63 AMG" düzəldəcək

"Mercedes-Benz" şirkəti məhdud sayda olmaqla (130 ədəd) xüsusi versiyada kabriolet "S 63 AMG" düzəldəcək. Xüsusi interyer alan kabrioleti avtomobilin icad edilməsinin 130 illiyinə həsr ediblər. Avtosfer.az auto.az-a istinadən bildirir ki, kabriolet gümüşü ban, tünd-qırmızı dam, 20-düymlük təkər diskləri və qırmızı əyləc supportları alıb. İnteryerin dəri işləmələri də bu rəngdədir. Bundan əlavə, xüsusi "Mercedes-AMG S63"-ün salonunda üzərində "Edition 130" və sıra nömrəsi yazılan lövhələr də var. Şəkillərdə gördüyünüz kabriolet "1" nömrəlidir.

Mühərrik dəyişilməyib. Tam ötürücülü kabrioletin kapotu altında 585 a.g. verən 5,5-litrlik biturbo V8 dayanıb. Bu mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə avtomobili 100 km/saata 3,9 saniyəyə sürətləndirir. O, Almaniyada aprel ayında satışa çıxarılacaq və qiyməti 226 457 avrodan başlayacaq. Bu, adi "S63 Cabriolet"-in qiymətindən 39 min avro bahadır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh