Təkərləri söküb yerinə tank tırtılı düzəltdi - VİDEO

Maraqlı 26 Yanvar 2016 13:51 Oxunub 1741
Təkərləri söküb yerinə tank tırtılı düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buzlu yollara meydan oxudu

Havaların kəskin şəkildə soyuduğu Rusiyada yolların buz bağlaması sürücüləri çətin vəziyyətə salıb. Ancaq Sibirdə yaşayan Andrey Romanov fərqli üsulla bu çətinliyi arxada qoyub. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Avtomobilinin təkərlərini sökən mexanik çarxların yerinə tank tırtılı qoyub.

Omsk şəhərində yaşayan Andreyin "Lada" markalı zəhimli maşını sakinlərlə yanaşı, yerli medianın da diqqətini çəkib. Mexanik deyir ki, belə şaxtalı havada yolda qalmaq istəməyən ruslar üçün bu cür nəqliyyat vasitəsi çox vacibdir.

Ancaq avtomobilin təkərlərini tank tırtılı ilə əvəzləmək də hər insanın işi deyil. Andrey bunun üçün neçə ildir baş sındırır. Tırtılla saatda 65 kilometr sürət yığan avtomobil 100 kilometrə 16 litr yanacaq işlədir. Sözügedən avtomobillə əlverişsiz yollarda belə hərəkət etmək mümkündür.

İndi Anrdey Romanov xeyriyyə məqsədli iş haqqında düşünür. O, fiziki qüsurlu şəxsin əlil arabasına belə tırtıl düzəldərək onu da şaxtanın çətinliklərindən xilas etmək istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh