Prezidentin məmurlara tövsiyə etdiyi maşınlardan - FOTO-VİDEO

Avtodünya 26 Yanvar 2016 18:23 Oxunub 2854
Prezidentin məmurlara tövsiyə etdiyi maşınlardan - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev: "Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-, deyə ölkə başçısı bildirib. Avtosfer.az azvision.az-a istinadən prezidentin məmurlara tövsiyə etdiyi avtomobil haqda məlumatları oxuculara təqdim edir:

Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunur.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod 2,6 hektar ərazidə yerləşir.

Zavod 4 ban növündə avtomobil istehsal edir: Premium, Sedan, Suv, Mini.

Hazırda NAZ-ın satışa çıxardığı avtomobil modelləri bunlardır:

LIFAN 330 
LIFAN 320 MINI 
LIFAN X60 SUV 
LIFAN X50 SUV 
LIFAN 630 
LIFAN 620 
LIFAN 820 PREMIUM
LIFAN720 PREMIUM

“NAZ Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 7-20 min manat civarındadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh