Bakıda avtobusun daşa basılmasına görə cinayət işi açıldı

Gündəm 27 Yanvar 2016 13:40 Oxunub 1214
Bakıda avtobusun daşa basılmasına görə cinayət işi açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan şəxs müalicəsini ev şəraitində davam etdirir

Bakıda “BakuBus”a məxsus sərnişin avtobuslarının daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Avtosfer.az-a "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. N.Allahyarova bildirib ki, yanvarın 23-də  "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Fakta görə Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Lakin hələlik saxlanılan yoxdur.

N.Allahyarova qeyd edib ki, avtobusun daşa basılması nəticəsində xəsarət alan şəxs müalicəsini ev şəraitində davam etdirir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh