Xanımı sürücülük vəsiqəsinə görə rüşvət verən səfir işdən çıxarıldı

Gündəm 27 Yanvar 2016 22:49 Oxunub 1573
Xanımı sürücülük vəsiqəsinə görə rüşvət verən səfir işdən çıxarıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev Elman Hidayət oğlu Zeynalovu Latviyadakı səfir vəzifəsindən geri çağırıb

Prezident İlham Əliyev imzaladığı sərəncamla Elman Hidayət oğlu Zeynalovu Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Avtosfer.az xəbər verir ki, adıçəkilən səfir bir müddət öncə həyat yoldaşı Nəzirə Zeynalovanın polisə rüşvət təklif etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Xatırladaq ki, həmin xəbərdə səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi qeyd edilmişdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılmağı bildirilirdi.

Eks-səfir Elman Zeynalov isə bu məlumatları əsassız adlandıraraq xanımının polisə 500 avro yox, sadəcə 50 avro Yeni il hədiyyəsi verdiyini qeyd etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh