Avtomobildən 6 ədəd partlayıcı aşkarlandı - Nardaranda

Gündəm 28 Yanvar 2016 10:00 Oxunub 1248
Avtomobildən 6 ədəd partlayıcı aşkarlandı - Nardaranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyya keçirib. Avtosfer.az report-a istinadən bildirir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.

Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus "VAZ- 21014" markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.

Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh