Avtovağzalda baş verənlər narahatlıq doğurur - VİDEO

Gündəm 28 Yanvar 2016 11:35 Oxunub 1337
Avtovağzalda baş verənlər narahatlıq doğurur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzalların fəaliyyəti dövrün tələblərinə uyğunlaşdırılır

Rusiyaya sərnişin aparan avtobus sürücüləri iddia edir ki, işləyə bilmirlər. Səbəb də yeni yaradılan şirkətlərinin qeydiyyatdan keçməməsidir. Onlara çıxış yolu təklif olunub. Amma bununla razılaşmaq istəmirlər.

Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Məmməd Əliyev Rusiyanın Nijnı Novqorod şəhərinə sərnişindaşıma ilə məşğul olan sürücülərdəndir. İki ay öncə onların çalışdığı şirkətin fəaliyyəti dayandırılıb.

Sürücülər də əvəzində yeni MMC yaradıb işlərini davam etdirmək istəyiblər. Müvafiq sənədlər hazırlanıb Rusiya və Bakı beynəlxalq avtovağzalları ilə müqavilələr də bağlanıb. Amma sənədlər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən keçməyib. Əvəzində sürücülərə əməkdaşlıq etmək təklif olunub.

Şikayətçi Mahmud Cəbrayılov sərnişindaşıma ilə məşğul olan sürücülərlə bir araya gələrək yeni şirkət yaratdıqlarını deyərək əlavə etdi ki, onlar fəaliyyətlərini yeni yaratdıqları şirkətin nəznində həyata keçirmək istəyirlər.

Narazı sürücülərlə əvvəlcə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində görüş keçirildi. Danışıqlarda narazı sürücülərin nümayəndəsinə onların təsisi etdiyi şirkətin qeydiyyata alınmaması səbəbi izah edilib.

MMC-nin rəhbəri Bəxtiyar Bilalov deyir ki, şirkətin qeydiyyata alınması müsabiqə yolu ilə həyata keçirilib və bununla bağlı rəy sabah saat 12-də elan olunacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sürücülərin narahatlığına aydınlıq gətirərək bildirdi ki, qurum “AN MMC” ilə artıq müqavilə bağlayıb və adıçəkilən şirkət narazı sürücülərin hər biri ilə əməkdaşlıq edəcək: “Əgər vaxt ötdükcə şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, nəticədə şirkətlə bağlanılan müqaviləyə xitam verilir və yeni şirkət seçilir. Bununla yanaşı hər hansı bir sürücünün hüququ pozularsa, o zaman sürücü ilk olaraq Nəqliyyat Nazirliyinə, eləcə də aidiyyatı dövlət qurumlarına müraciət etməklə haqqını tələb edə bilər”.

İbrahim Əliyev bildirdi ki, bütün bu işlər avtovağzalın fəaliyyətinin müasirləşdirilməsi və daha yüksək sərnişin daşıma standartlarına uyğunlaşdırılması məqsədilə aparılır. Xidmət respublikanın bütün avtovağzallarının işinin yenidən qurulması və dövrün tələblərinə uyğunlaşdırılmasına çalışır: “Səkkiz pəncərədən ibarət kassalar quraşdırılıb. Artıq bir neçə gündür ki, kassalar fəaliyyət göstərir. Bundan başqa avtovağzallarda hər bir kəsin rahat bir şəkildə görə bilməsi məqsədilə avtobusların dəqiq hərəkət cədvəlini göstərən elektron tablo da quraşdırılıb”.

Bu müasirləşdirmə işləri çərçivəsində ölkə avtovaqzallarında elektron sistemə keçilir. Bilet satışının yalnız kassalar vasitəsilə aparılması təmin edilib. 

Bundan əlavə, onlayn satış sistemindən daha aktiv istifadə üçün şərait yaradılıb. Artıq Bakı Beynəlxalq Avtovağzalının xidmətindən istifadə edənlərin 60%-ə qədəri biletləri onlayn almağa üstündük verirlər.

Bundan əlavə yaxın gəəcəkdə avtovağzala giriş-çıxış, dayanacaqdan istifadə elektron qaydada həyata keçiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh