​Hava şəraiti mülayimləşəcək

Gündəm 28 Yanvar 2016 13:18 Oxunub 1235
​Hava şəraiti mülayimləşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 29-da yarımadada və paytaxtda gündüz əsən mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq. Yanvarın 29-dən 31-dək Abşeron yarmadasında metroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh