DeLorean “zaman maşını”nın istehsalını bərpa edəcək

Avtodünya 28 Yanvar 2016 17:45 Oxunub 1994
DeLorean “zaman maşını”nın istehsalını bərpa edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin yığılmasında orijinal detallardan istifadə ediləcək

Amerikanın DeLorean şirkəti “Geriyə gələcəyə” filminin çəkilişlərində istifadə edilən DMC-12 modelinin istehsalını bərpa etməyə hazırlaşır. Bu barədə Click2Houston portalına şirkətin icraçı direktoru Stiven Uinn bildirib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hələ ki, söhbət geniş istehsalatdan getmir: ildə 300-dən çox avtomobil istehsalatı nəzərdə tutulur.

Avtomobilin yığılmasında 1980-ci ildə istehsal edilmiş orijinal detallardan istifadə ediləcək. Yekun qərarın ilin sonunda qəbul ediləcəyi gözlənilir.

DeLorean DMC-12 – Amerikanın DeLorean Motor Company avtomobil şirkəti üçün 1981-ci ildən 1983-cü ilə qədər Şimali İrlandiyada istehsal edilən idman avtomobilidir. DMC-12 modelində yuxarı açılan “qağayı qanadı” qapılardan istifadə edilib.

Avtomobilin fərqli cəhətlərindən biri də rənglənməmiş paslanmayan poladla üzlənmiş rama kuzovudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh