Sürücülərə şad xəbər: Bakıda 3 yeni yol salınır

Yeniliklər 16 Aprel 2014 00:00 Oxunub 1955
Sürücülərə şad xəbər: Bakıda 3 yeni yol salınır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu qovşağında nəqliyyat sıxlığı xeyli azalacaq

Bakıda daim tıxacların yarandığı Sabunçu qovşağında yeni bağlantı yollarının tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, qovşaqda hazırda 3 bağlantı yolu tikilir: “Bunlardan biri hava limanı - Böyükşor qovşağı istiqamətində tikilən 3 zolaqlı yoldur. Bu yolun 2 zolağı vasitəsi ilə Zabrat istiqamətində, digər biri ilə isə hava limanına doğru hərəkət etmək mümkün olacaq. İkinci yol da 3 zolaqlı olacaq. Burada çikiç dairə də yaradılacaq və sürücülərin Sabunçu qovşağına daxil olmadan şəhərə qayıtmasına xidmət göstərəcək. Daha bir yol isə Zabratdan Sabunçu qovşağına doğru gələn yola paralel çəkilir. Bu yol bir zolaqlı olacaq və ərazidəki nəqliyyat sıxlığının azalmasına xidmət göstərəcək”.

Qeyd edək ki, yeni bağlantı yollarının istifadəyə verilməsi ilə Bakının mərkəzini bir çox iri kənd və qəsəbələr birləşdirən Sabunçu qovşağında nəqliyyat sıxlığı xeyli azalacaq.


Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh