Onların çörəyi ''sudan çixır'' - "Moyşik"lər - VİDEO

Avtodünya 29 Yanvar 2016 09:13 Oxunub 1827
Onların çörəyi ''sudan çixır'' - "Moyşik"lər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət yayı-qışı soyuq su ilə avtomobil yuyan avtoyuma məntəqəsinin işçilərindən gedir

Onlara çörəyi ''sudan çixan'' da demək olar. Söhbət yayı-qışı soyuq su ilə avtomobil yuyan avtoyuma məntəqəsinin işçilərindən gedir. Gecə əməkdaşlarımız paytaxtda səhərə qədər işləyən ən ucuz avtoyuma məntəqələrindən birində olublar. Bu avtoyuma məntəqəsini digərlərindən fərqləndirən həm qiyməti, həm də səhərə qədər işləməsidir. Biri avtomobilin kənarını yuyur, digəri isə içini təmizləyir. Təxminən 20-25 dəqiqə müddətdə avtomobil təmizlənərək sahibinə təhvil verilir. Gecə yarısı da olsa bir avtomobilin yuyulub təmizlənməsi gündüz olduğu kimi 3 manata başa gəlir. Paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsininin 4 işçisi səhərdən axşam 21:00-qədər iki işçisi isə səhərə qədər işləyir.  Gecə şaxtalı havada soyuq su ilə avtomoili yumaq çətin olsa da işçilər gələn müştərini geri qaytarmırlar. Gecə avtomobilini bura gətirənlərlə söhbət zamanı məlum olur ki, onlar gündüz buna vaxt tapa bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh