“BakuBus”ın avtobusunu daşa basan uşaqlar saxlanıldı

Gündəm 29 Yanvar 2016 11:59 Oxunub 1092
“BakuBus”ın avtobusunu daşa basan uşaqlar saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusun şüşəsini sındıranlar tutulub

Yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Bakı şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib. Vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusun şüşəsini sındıran 2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh