Avtobus daşlayan şagirdlər tənbeh edildi - valideynləri cərimə ödəyəcəklər

Gündəm 29 Yanvar 2016 14:16 Oxunub 1266
Avtobus daşlayan şagirdlər tənbeh edildi - valideynləri cərimə ödəyəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb

Xəbər verildiyi kimi, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilmiş və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. 

Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh