Bu ölkədə benzin sudan ucuzdur

Maraqlı 29 Yanvar 2016 16:56 Oxunub 2027
Bu ölkədə benzin sudan ucuzdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BƏƏ-də ərzaqların qiyməti isə əks dinamikanı nümayiş etdirir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neftin qiymətinin ucuzlaşması ilə paralel artıq altıncı aydır ki, benzinin qiyməti də ucuzlaşır. Avtosfer.az xəbər verir ki, yanvar ayının sonunda yanacağın qiymətinin növbəti dəfə ucuzlaşması ilə əlaqədar əmirliyin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti sudan ucuz olub.

BƏƏ-nin Energetika Nazirliyindən bəyan ediblər ki, Spechial kateqoriyalı baza yanacağının bir litri bundan sonra təxminən 40 sent olacaq, altı ay bundan öncə qiymət 50 sentdən ibarət idi. Bunun fonunda BƏƏ-də ərzaqların qiyməti isə əks dinamikanı nümayiş etdirərək əmirliyin sakinlərini benzinin qiymətinin ucuzlaşması sevincini kölgə altına salır. Belə ki, bir litr qazlı su benzindəni iki dəfə bahadır, eyni həcmdə mineral su isə beş-səkkiz dəfə bahadır. Belə vəziyyət əmirliyin hakimiyyətini sosial əhəmiyyətli ərzaqlara bir qiymət tətbiq etmək məcburiyyətində qoyur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh