Küçələrdə və meşələrdə atılmış maşınlar - Fələkətdən sonrakı FOTOLAR

Maraqlı 14 Fevral 2016 17:14 Oxunub 5927
Küçələrdə və meşələrdə atılmış maşınlar - Fələkətdən sonrakı FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbiət 4 ildir tərk edilmiş Fukuşimanı necə «udub?»

Ötən il polşalı fotoqraf Arkadiuş Podnesinski Yaponiyanın nüvə fəlakəti baş verən Fukuşima şəhərinə yola düşüb. Məqsədi isə baş verən faciənin nəticələrini öz gözləri ilə görüb, çəkdiyi görüntülərlə insanlara çatdırmaq olub. Avtosfer.az xəbər verir ki, ona təcrid olunmuş ərazinin 20 km-nə yaxın getməyə icazə verilib. 

Gördüklərindən təsirlənən fotoqraf “Fukuşimada baş verən bu fəlakətə hər hansı bir zəlzələ, sunami yox, insan səbəb olub”, deyə qeyd edib. 

Onun dediklərinə görə,  insanlar bu fotolara baxaraq təbliğatçıların, ABŞ-ın təsiri altında nüvə lobbiçilərinin, nüvə fəlakətinin təsirini azaltmağa çalışan şəxslərin düşündüklərindən azad olub özləri nəticə çıxarmalıdırlar. 

Onu da qeyd edək ki, fotoqraf nüvə fəlakətindən sonra sağ qalan heyvanların acından ölməməsi üçün onlara baş çəkən yapon vətəndaşını da tapıb.

Avtosfer.az əlavə olaraq bildirir ki, fotolarda gördüyünüz avtomobillərin bəziləri sonradan müxtəlif ölkələrə satılır. Bu ölkələr sırasında Azərbaycan da var. Çünki Azərbaycan Yaponiyadan yeni və işlənmiş maşınlar idxal edən ölkələrdən biridir. Odur ki, yaponyadan gətirilən işlənmiş maşınlar alarkən diqqətli olun. Radiasiya təhlükəsi yarana bilər…

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh