Metro vaqonunda nikah mərasimi

Maraqlı 1 Fevral 2016 21:54 Oxunub 1754
Metro vaqonunda nikah mərasimi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqondakı bütün sərnişinlər əl çalaraq onları alqışlamağa başlayıblar

Amerikalı cütlük Nyu York metropoliteninin vaqonunda nikah kəsdirmək dəbə düşür. Bu, sərnişinlər tərəfindən böyük maraqla qarşılanır. Məsələn, 26 yaşlı Qektor İrakliotis və 25 yaşlı Tatyana Sandler Brukindəki Manhetten körpüsü ilə hərəkət edərkən vaqonda and içiblər. Çütlük nikah mərasimini metroda keçirmək barədə qərarları ilə bağlı çox maraqlı açıqlama verib. Onlar deyiblər ki, nəqliyyatın bu növü onların münasibətlərində mühüm rol oynayıb və onlar metroda çoxlu vaxt keçiriblər. Sandler toy mərasiminin metroda keçirilməsi ilə bağlı ideyanın ərinə məxsus olduğunu deyib. 

Evlənənlər toy andı içəndən sonra vaqondakı bütün sərnişinlər əl çalaraq onları alqışlamağa başlayıblar. Bundan sonra yeni evlənənlər “Kanal-strit” stansiyasının çıxışındakı pilləkəndə bir neçə fotoşəkil çəkdiriblər və yaxınlıqdakı barlardan birində toy mərasiminə gediblər. Tatyana Sandler Nyu Yorka Ukraynadan gəldiyini və qürub vaxtı Manhetten körpüsündə mərasim keçirməyin onun üçün mühüm olduğunu bildirib. Artıq bu nikah mərasimi digər qeyri-adiliklər sevən gəncləri fərqli toy mərasimləri keçirməyə zövq edib. Bu mərasimdən sonra eyni qayda ilə bir neçə nikah mərasimi keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh