Bakıda "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub

Yarışma 2 Fevral 2016 11:52 Oxunub 1751
Bakıda "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azad Rəhimov: "Yolların təmiri yumşaq formada aparılır, tıxaclara yol vermirik"

"Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinə hazırlıqla bağlı bütün işlər qaydasında gedir. Problem yoxdur". Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: Nazir bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Baxmayaraq ki, 6 km məsafədə yollar dəyişir. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".

Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina formasında padok sifariş olunub. Padok hazır şəkildə gələcək və "Azadlıq" meydanında qurulacaq.

Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh