Avtobusda yaşlılara yer verməyən gənclərdən inanılmaz hərəkətlər - FOTOLAR

Maraqlı 2 Fevral 2016 15:23 Oxunub 7934
Avtobusda yaşlılara yer verməyən gənclərdən inanılmaz hərəkətlər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«BakuBus»da sərnişinlərə surpriz  - «Gənclik məsuliyyətsizlik deyil - Gənclik diqqətdir»

2 Fevral - Gənclər Günü ilə əlaqədar olaraq "BakıBus" və "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi ictimai nəqliyyatda birgə aksiya keçirib. Avtosfer.az-ın məlumatına görə, gənc könüllülər öz bayramlarında həm yaşca, həm də özünü gənc hiss edən bütün sərnişinlərimizə simvolik hədiyyələr təqdim ediblər. Avtobusun salonunda əvvəldən yerlərini alan bütün gənc könüllülər salona daxil olan sərnişinlərin qəzəbinə tuş gələcək bir hərəkəti - avtobusun salonunda yaşlı sərnişinləri görməzdən gələn gənclərin davranışını əyani nümayiş edərək ictimai fikri gənclərin ictimai nəqliyyatdakı davranışına istiqamətləndiriblər. Öz həmyaşıdları arasında bu cür davranışları qınayan gənclər bir dəqiqə sonra mini flaşmobla eyni vaxtda ayağa qalxaraq "Gənclik məsuliyyətsizlik deyil - Gənclik diqqətdir" şüarı ilə hər kəsin diqqətini çəkməyə müvəffəq olublar.

 

Fidan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh