Sürücü qaydaları pozurmu? -YENİ SUAL

Yarışma 3 Fevral 2016 20:08 Oxunub 3433
Sürücü qaydaları pozurmu? -YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız parklanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Burada dayanan avtomobilin sürücüsü qaydaları pozurmu? 

A) Yük vurmaq (boşaltmaq) üçün dayanıbsa, pozmur;

B) Hər bir halda pozur;

C) Pozmur.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.

Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabı hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

famil 4 Fevral 2016 18:54
cavab b her halda pozur
rashad 4 Fevral 2016 13:12
Cavab b yeni her iki halda pozur cunki park znakinin altinda olan komekci znak parklanma usulunu gozderib ama bu cekisi 3,5 den yuxari olan yuk avtomobillerine aid deyil ona gore pozur
əflan 4 Fevral 2016 07:17
burada cavab B variantidir. beleki parketme nişanindan da göründüyü kimi bu cür parketme yalniz minik avtomobillerine icaze verilib.
Elshan 4 Fevral 2016 02:05
PozmurYuk avtomobili uchun ayrica park isharesi qoyulmur. Ishare hamiya aiddir fikrimce
Nazim 4 Fevral 2016 01:49
Bu surucu hec bir gayda pozmayib. Cavab CCunki asagdaki nisan megliyat vasitesinin nece park olunmasini isare edir.
Mətləb 3 Fevral 2016 23:00
Yaşayiş ərazisində çəkisi 3.5 tondan çox olan maşinlarin durmasi qadagandir. Cavab B
Elsen 3 Fevral 2016 22:37
beli pozur .Nisan cunki umumi cekisi 3.5 t dan artiq olan neqliyyat vesitelerine aid edilmir.ancaq umumi istifadede olan minik masinlarina aiddir.Cavab:B
Fuzuli 3 Fevral 2016 22:00
bu nisanda ancaq minik avtomobilleri ve motoskletler bu formada park ede biler duzgun cavab B her bir halda pozur