90-cı illərin Bakısı — indiki şəhərimizdə olmayan 10 şey - FOTO-VİDEO

Maraqlı 4 Fevral 2016 18:22 Oxunub 4452
90-cı illərin Bakısı — indiki şəhərimizdə olmayan 10 şey - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəvvarələr meydanının enli və uzun fəvvarələri əvvələr meydanın daha böyük hissəsini tuturdu

90-cı illər çox kult bir dövr hesab olunur. Həmin dövrün özünəməxsus mahnıları, geyimləri, adətləri var idi və bunlardan hər biri də spesifik idi. SSRİ-nin tərkibindən yenicə ayrılmış müstəqil Azərbaycan da bu dövrü xüsusi yaşayırdı. Keçid dövrünün uşaqları müstəqillik və nostalgiyanın astanasında idilər və bu da onların həyat tərzinə təsir etmişdi. Avtosfer.az pahoo.az-a istinadən sizə 90-cı illərdə Bakıda yaşayan gənc və uşaqların Bakıda ən çox gördüyü 10 şeyi təqdim edir:

KVAS arabaları

90-cı illərin yay günlərində “Kvas” arabaları ilə içki satılırdı. Bütün keçmiş SSRİ respublikalarında da bu ənənə mövcud idi. KVAS-la bağlı maraqlı şəhər əfsanələri də yayılmışdı. Hətta, bəziləri deyirdi ki, içkinin soyuq qalması üçün kvas bakının içinə qurbağa atırlar. 90-cı illər həm də bu cür əfsanələrlə yaddaqalan idi.

Passaj

Köhnə Bakı ilə bağlı paylaşılan fotolar arasında ən məşhurları məhz bu küçəyə aiddir. İndi də canlı olan bu küçə 90-cı illərdə xüsusilə canlıydı – burada saysız-hesabsız əl işləriylə tanış ola və onları satın ala bilərdiniz

Fəvvarələr Meydanı

Fəvvarələr meydanının enli və uzun fəvvarələri əvvələr meydanın daha böyük hissəsini tuturdu. Fəvvarələr meydanı müasir günümüzdə də Bakının ən gözəl yerlərindən biri hesab edilsə də. bu meydanın əvvəlki görünüşü üçün darıxanlar da az deyil.

Portofino restoranı

Bir zamanlar Bakının ən məşhur fast food’u Nizami kinoteatrı ilə üzbəüz yerləşən əfsanəvi Portofino idi. Artıq həmin məkanda geyim mağazası olsa da, insanlar hələ də köhnə restoranı orada görmək arzusundadırlar. Fast Food deməyimizə də baxmayın, ora getmək gənclər arasında xüsusi bir şey hesab edilirdi.

Tramvay və trolleybuslar

Əgər Nərimanova 6 nömrəli tramvayla getmisinizsə, bu siyahı tam sizlikdir. Gənclik metrosundan mikrorayonlara gedən troleybusları da xatırlayırsınız. İndilərdə qadın taksi sürücüləri görəndə təəcüblənirik, ancaq 90-cı illərdə troleybusları da qadın sürücülər idarə edirdi. 90-cı illərin Bakısının unudulmazlarından…

Uşaq tramvay xətti

1947-ci ildə inşa olunmuş və 2000-ci illərə qədər fəaliyyət göstərən uşaq tramvayı Gənclik metrosununa arxasında yerləşən meşəliyin içərisindən zooparka qədər uzanırdı. Bu tramvay bir çoxumuzun ən sevimli əyləncəsi olmuşdu. İndi həmin yerdə ADA Universiteti və “Dədə Qorqud” parkı var.

Qulp verilişi

 

Məsələn Lider TV’də Kuklalar və digər kanallarda da siyasi-yumoristik verlişlər olsa da heç biri Qulp əvəz edə bilməmişdir. Öncə AzTV, sonra isə ANS’də davam edən veriliş həmin illərin ən yadda qalan və orijinal verlişlərindən biri idi.

Kirayə mobil telefonlar

Metro çıxışlarının klassikası. Hələ telefonun hər kəs üçün əlçatan, müasir dövrdəki qədər populyar olmadığı illərdə metro çıxışlarında zəng etmək üçün Azercell və Bakcell nömrəli telefonlar kirəyə verilirdi. Texnologiyanın inkişafı ilə bu işdə yavaş-yavaş yox oldu.

“Prokat” kino kasetləri

Texnologiyanın inkişafı nəticəsində kimi zamanla yox olan bir digər vərdiş internet vasitəsilə film baxmağın mümkün olmadığı illərdə video-kasetləri “prokat” götürərək, izləmək imkanımız olurdu.

ABA telekanalı

1997-ci ildən 2001-ci ilə qədər fəaliyyət göstərən interaktiv telekanal bizə ən çox əyləndiyimiz və sevdiyimiz verilişləri təqdim edirdi. Qısamüddətli fəaliyyətinə baxmayaraq, bu kanal hələ də hər kəsin yaddaşındadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh