Dünyanın ən xəsis aviasərnişinləri bəlli oldu

Maraqlı 6 Fevral 2016 00:31 Oxunub 1648
Dünyanın ən xəsis aviasərnişinləri bəlli oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikalılar xəsislik edirmiş

Amerikalılar aviaşirkətlərin ən xəsis müştəriləridir. Avtosfer.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, onlar digər ölkələrin vətəndaşları ilə müqayisədə əlavə xidmətlərə görə pul ödəməkdən daha çox imtina edirlər. Bu, “Expedia” kompaniyasının 22 ölkə arasında apardığı sorğunun nəticələrində əksini tapıb. ABŞ vətəndaşlarının yalnız 21 faizi 3 saatadək davam edən qısa marşrutlarda, 41 faizi isə 7-12 saat davam edən uzun reyslərdə daha geniş qabaq oturacaqlara görə əlavə pul verməyə razıdır. Bu xidmətdən istifadə üzrə orta dünya göstəriciləri isə müvafiq olaraq 24, 43 faizdir.

Ümumilikdə isə amerikalı səyahətçilər siyahıdakı 11 xidmətdən yalınız biri istisna olmaqla, digər ölkə vətəndaşlarından daha qənaətcildirlər. Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 23 faizi uzaq reyslərdə əlavə pul ödəyərək buterbrod yemək imkanından faydalanmağa hazırdır. Bu xidmətdən istifadənin orta göstəricisi isə 21 faiz təşkil edir.

“IdeaWorks” kompaniyasının məlumatına əsasən, əlavə xidmətə görə yığılan vəsait aviaşirkətlərin gəlirinin mühüm komponentidir. Belə ki, 2015-ci ildə dünya üzrə sərnişinlər əlavə xidmətlərə görə 59,2 milyard dollar pul xərcləyiblər. Bu, keçən illə müqayisədə 19 faiz çoxdur və aviadaşıyıcıların gəlirinin 7,8 faizini təşkil edir. Halbuki 5 il bundan əvvəl həmin göstərici 4,8 faiz olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh