Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir

Yarışma 8 Fevral 2016 13:16 Oxunub 2464
Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib 

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik". Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh