Avtomobilin mühərrikini uzaqdan işə salmayın! - VİDEO

Avtoxəbər 9 Fevral 2016 02:07 Oxunub 4036
Avtomobilin mühərrikini uzaqdan işə salmayın! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobiliniz yana bilər

Müasir avtomobillərə istehsalçı tərəfindən mühərriki uzaqdan işə salan qurğu quraşdırılır. Ancaq bəzi sürücülər də var ki, bu qurğunu sonradan avtomobilinə quraşdırır. Ustalar isə sürücüləri diqqətli olmağa səsləyir. Belə qurğular avtomobilin yanmasına səbəb ola bilər. Xüsusən qış aylarında bəzi sürücülər avtomobildə mühərriki məsafədən işə salan qurğudan istifadə edir. Bu qurğular bəzi son model maşınlara istehsalçı zavod tərəfindən yerləşdirilsə də, ancaq bəzi sürücülər  bunu ozləri satın alaraq avtomobilə quraşdırır. Belə qurğuların mağazalarda qiymətləri isə keyfiyyətinə görə dəyişir. Avtomoil ustaları isə  suruculəri  diqqətli olmaga  cagırır. Ustalar sürücülərə belə qurğu alarkən onun keyfiyyətli olmasına diqqət etmələrini tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh