Bakının 14 yol polisi xidmətdən qovulub

Avtoxəbər 10 İyul 2014 18:48 Oxunub 2575
Bakının 14 yol polisi xidmətdən qovulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətdə yol verdiyi nöqsanlara görə 6 nəfər sıravi əməkdaş tutduğu vəzifədən azad edilib

Bakıda xidmətində ciddi nöqsanlara yol verdiyinə görə 14 yol polisi əməkdaşı daxili işlər orqanlarından qovulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək DİN Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin 14 əməkdaşı xidmətdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib, 6 nəfər sıravi əməkdaş isə tutduğu vəzifədən azad edilib. Bundan əlavə, daha 2 nəfər öz istəyi ilə işdən çıxıb, 5 nəfər isə yaş həddinə görə təqaüdə göndərilib. Bununla yanaşı, Bakı Şəhər DYP İdarəsinin 87 əməkdaşı xidmətini nümunəvi qaydada yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh