Sərxoş gənclər BTR oğurladılar - VİDEO

Maraqlı 9 Fevral 2016 11:42 Oxunub 2035
Sərxoş gənclər BTR oğurladılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları sərxoş gənclərin zirehli maşını necə əldə etdiyini öyrənməyə çalışır

Rusiyanın Leninqrad vilayətində maraqlı oğurluq hadisəsi baş verib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, içkili vəziyyətdə olan iki şəxs BTR hərbi maşınını qaçırıblar. Hadisədən xəbər tutan polis əməkdaşları zirehli maşını təqib edərək, həmin şəxslərdən BTR-i saxlamağı tələb edib. Əmrə tabe olmayan sərxoş sürücülər bir müddət polisləri yorublar. BTR yalnız ağaca çırpıldıqdan sonra dayanıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi maşını Karavayevo kəndi yaxınlığında aşkar edib. Kənd sakinlərinin sözlərinə görə, zirehli maşın bir müddət ətrafda var-gəl edib. Belə təəssürat yaranıb ki, hərbi maşın əyləncə məqsədilə qaçırılıb. Polisin məsələyə müdaxiləsindən sonra hər şeyin üstü açılıb.

İndi hüquq-mühafizə orqanları sərxoş gənclərin zirehli maşını necə əldə etdiyini öyrənməyə çalışır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh