Sürücü qaydaları pozurmu? - DOĞRU CAVAB

Yarışma 9 Fevral 2016 18:17 Oxunub 1882
Sürücü qaydaları pozurmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. 

Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız parklanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Burada dayanan avtomobilin sürücüsü qaydaları pozurmu? 

A) Yük vurmaq (boşaltmaq) üçün dayanıbsa, pozmur;

B) Hər bir halda pozur;

C) Pozmur.

Sualın doğru cavabı belədir: Şəkildəki 5.15 nişanına əlavə edilmiş 7.6.2 lövhəciyinin qüvvəsi icazə verilən maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinə aid deyil. Deməli, bu duracaqda yük avtomobilləri duracağa qoyula (dayana) bilməz. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq:  Burada dayanan yük avtomobilinin sürücüsü qaydaları hər bir halda pozur.

Suala ilk doğru cavabı Füzuli adlı oxucumuz verib. Onu təbrik edirik.

Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh