«Evakuator» şousuna son qoymaq lazımdır - VİDEO

Qaydalar 10 Fevral 2016 14:02 Oxunub 4762
«Evakuator» şousuna son qoymaq lazımdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu verilişdə sərnişindaşıma və yükdaşıma qaydaları kobud şəkildə pozulur

İctimai Televiziyada yayımlananan «Evakuator» verilişi ilə bağlı «Azərbaycan» qəzetində dərc olunan tənqidi material çox normal yanaşmadır və bəzi məqamlar həqiqəti əks etdirir. Qəzetdə bu verilişin ümumi məzmunu tənqid olunur və qismən də təhlükəsizlik məsələlərinə toxunulur. Amma Avtosfer.az hələ bir müddət əvvəl bu barədə narahatlığını İTV rəhbərliyinə çatdırmağı elə həmin kanalın əməkdaşlarından xahiş etmişdi. Çünki bu verilişdə təhlükəsizlik qaydaları tam pozulur və belə hallar yolverilməzdir. Məsələn, bu verilişdə sərnişindaşıma və yükdaşıma qaydaları kobud şəkildə pozulur. Ümumiyyətlə, evakuatora yüklənmiş avtomobilin içərisində sərnişinin olması düzgün deyil. Hələ bu azmış kimi, bəzən müğənnini maşından bayıra çıxarıb evakuatorun üzərində mahnı oxutdururlar ki, bu lap təhlükəlidir. 

Dediklərimizi yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da təsdiq edir: «Evakuator» şousu haqda yazını gördüm. Müəllifin bu yazısının motivləri mənə tam məlum olmasa da, onun bu şou barədəki tənqidi fikirlərini bölüşürəm. Belə reaksiya gözlənilən idi. Hətta ən azı 1 il əvvəl bu verliş barədə iradlarımı onun müəlliflərinə çatdırmağı dostlardan xahiş etmişdim».

Qəzetdəki yazıda toxunulmasa da, həmin şouda ən ciddi səhv kobud qanun pozuntusudur. Evakuator yük avtomobilidir. Onun üstündə olan minik avtomobili isə yük sayılır. Bizim yol hərəkəti qaydaları belə yük avtomobilinin yük yerində yüklə birgə və ya ayrıca sərnişin daşımağı qadağan edir.

Ümumiyyətlə, kütləvi informasiya vasitələri, xüsusən də telekanallar yol hərəkəti ilə bağlı yaxşı məqamları təbliğ etməlidir. Onsuz da ölkəmizdə yol hərəkəti mədəniyyəti arzuolunan səviyyədə deyil. Bu cür verilişlərlə vəziyyəti daha da pisləşdirməyək. Məsələn, İTV-dəki «Evakuator» verilişinin hər sayına görə həmin avtomobilin sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə 60 manat, 3 bal cərimə tətbiq etmək olar…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh