Sürət həddini aşan sürücülərin necə cərimələnəcəyi tam dəqiqləşdi

Yeni İnzibati Xətalar Məcəlləsi sürücü tərəfindən sürət rejiminin pozulması hallarında bəzən yarana bilən bir mübahisəyə son qoyacaq. Avtosfer.az-ın verdiyi məlumata görə, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:
10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;
20-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı;
40-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı;
60 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı.
Göründüyü kimi, sürət həddinin əvvəlki aşılma dərəcələrinin yuxarı həddini bildirən rəqəmlə növbəti aşılma dərəcələrinin aşağı həddini bildirən rəqəm eynidir. Yəni sürücü, məsələn, sürət həddini düz 20 km/saat aşmış olduqda onun İXM-in 151-1.1-ci maddəsi üzrə 10 manat məbləğində, yoxsa İXM-in 151-1.2-ci maddəsi üzrə 50 manat məbləğində cərimə və 2 cərimə balı ilə tənbeh edilməli olması məsələsi bəzən mübahisələr doğurur. Düzdür, biz hesab edirik ki, belə hallarda sürücünün məsuliyyəti aşağı həddə uyğun müəyyən edilməlidir (misal çəkdiyimiz halda sürücüyə 10 manat cərimə yazılmalıdır). Lakin təcrübədə bunun əksini düşünənlər və həmin vəziyyətə fərqli hüquqi qiymət verənlər də var.
Yeni İnzibati Xətalar Məcəlləsi belə mübahisələrə birdəfəlik son qoymaq üçün sürət həddinin əvvəlki aşılma dərəcəsinin yuxarı həddini bildirən rəqəmi növbəti aşılma dərəcəsinin aşağı həddini bildirən rəqəmdən aydın şəkildə fərqləndirir. Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə məsuliyyət belə müəyyən edilir.
Yolda müəyyən edilmiş sürət həddi:
10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;
21-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı;
41-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı;
61 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı.
Yeni Məcəllənin mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Ərşad Hüseynov,
hüquqşünas
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Kreditə zamin duranlar üçün tələ











