“Formula-1”ə akkreditasiyanın başlama tarixi açıqlandı

Yarışma 11 Fevral 2016 15:15 Oxunub 1742
“Formula-1”ə akkreditasiyanın başlama tarixi açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropa “Qran pri”sinin akkreditasiya qaydaları haqqında seminar keçirilib

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2016 “Formula-1” Avropa “Qran pri”sinin akkreditasiya qaydaları haqqında seminar keçirib. Avtosfer.az xəbər verir ki, 70-ə yaxın jurnalistin iştirak etdiyi seminarda iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “Formula-1” yarışının akkreditasiya prosesi haqqında məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək. 

BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” Avropa “Qran pri”sinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa “Qran pri”sində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”. 

Sonra çıxış edən BŞH-nın KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib. 

Seminar Avropa “Qran pri”sinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdirilib. “Formula-1” şərhçisi R.Əliyev tədbir iştirakçılarına “Qran pri” yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib və bu sahədəki təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh