Ən baha və ən ucuz benzin harada satılır? - SİYAHI

Maraqlı 12 Fevral 2016 17:35 Oxunub 5821
Ən baha və ən ucuz benzin harada satılır? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyada benzinin orta qiyməti 1 litrə görə 0,96 dollar təşkil edir

Dünya ölkələrində benzinin qiyməti ilə bağlı geniş araşdırma dərc olunub. Modern.az Global Petrol Prices saytına istinadən xəbər verir ki, dünyada benzinin orta qiyməti 1 litrə görə 0,96 dollar təşkil edir. Lakin siyahıda yer alan 178 ölkənin hər birində bu qiymətlər müxtəlidir. Modern.az saytı xəbər verir ki, Azərbaycan benzinin ən baha satıldığı 158-ci dünya ölkəsidir. Ölkəmizdə benzin 0,51 dollara satılır. Global Petrol Prices-in məlumatımna görə, Rusiya 161-cı (0,46 dollar), İran 166-cı (0,40 dollar), Türkiyə 19-cu (1,41 dollar),Ermənistan 73-cü (1,03 dollar), Ukrayna 136-cı (0,72 dollar), Gürcüstan isə 136-cı (0,70 dollar) ölkədir. Dünyada ən ucuz benzin Venesuelada (0,02 dollar), Küveytdə (0,22 dollar), Səudiyyə Ərəbiustanında (0,24 dollar) vəTürkəmistandadır (0,24 dollar).  Ən bahalı benzini isə Honqkonqda (1,79 dollar), Hollandiyada (1,71 dollar), Norveçdə (1,66 dollar) və Monakoda (1,65 dollar) möcvuddur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh