Qadın taksi sürücüsünün həyat hekayəti: «Halaldır sənə»

Avtobazar 14 İyul 2014 21:47 Oxunub 2263
Qadın taksi sürücüsünün həyat hekayəti: «Halaldır sənə»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülər Zamanova: «Maşın sürmək mənə həm zövq verir, həm də ailəmi maddi cəhətdən təmin edirəm»

 

 

«Sənin taksi sürməyin bizim cəmiyyətdə yaxşı qarşılanmayacaq» 

 

Bu günə qədər kişi sürücülərlə çox qarşılaşmışdım... Amma qadın sürücü ilə qarşılaşanda təcüblənmədim desəm yalan olar. Eşitmişdim ki, zərif cinsin 3-4 nümayəndəsi bu peşədə çalışır. Düzünü desəm, mənim üçün buna inanmaq çətin idi. Yəni, qazanc məqsədilə sürücülük edən, taksi işlədən qadın görməmişdim. Bəlkə də bu mənim üçün “qadın hara taksi sürmək hara, qadının qadın işi, kişinin də kişi işi var” prinsipindən irəli gəlirdi. Diqqətimi çəkən bu məqam məni qarşımdakı qadın sürücüsündən reportaj hazırlamaq fikirinə saldı. Taksi sürücüsü olan xanımdan telefon nömrəsini aldım və  bir gün sonra əlaqə saxlayıb reportaj üçün vaxt təyin etdik. 

 

“Bəy işi”

 

Görüş üçün xanım sürücü Gülər Zamanova «Nizami» metrosunun qarşısına, taksilərinin dayandığı yerə gəldi. O, 1981-ci ildə Masalli rayonunda anadan olub. Orada böyüyüb boya–başa çatıb. Daha sonra Bakıya köçüb və Sumqayıtda idman inustutunda təhsil alıb. 4 ildir taksi sürücüsi işləyir. Gülər söhbət edərkən ondakı kişi xarakteri diqqətimi cəlb etməyə bilməzdi. Geyim tərzi belə... Olduqca sərbəst, peşəsinə tam uyğun geyinmişdi. O, qadın gərək hər bir işdə, maşın sürməkdə belə, möhkəm olsun. Taksi işi kişi işidir deyən Gülər xanım bunun onun ilk kişi işi olmadığını bildirdi. “Güləşlə, Boksla məşğul olmuşam. Sonra mühafizə xidmətində işləmişəm. İşlərimin hamsı, belə deyək də, “bəy” işləridi”. Gülər (gülür)

 

“18 saat”

 

Maşın sürməyi özüm öyrənmişəm. Heç kəs kömək etməyib. İlk maşınım “VAZ 2107” markalı maşın olub. Daha sonra “Nissan sani”, markalı maşın sürmüşəm. Gülər xanım “Taksi işinin olduqca ağır iş olduğunu deyir, çünki bu tıxaclarda maşın sürmək asan məsələ deyil. Gərək güclü olasan ki, bu işi bacarasan. Hətta xanım sürücülərimizə iradım da var, çox zaman maşını diqqətli sürə bilmirlər və bu da problem yaradır. Mənim ailəm taksi  sürücüsü olmağımı qətiyyən istəmirdilər və narahat olduqlarını, qorxduq¬la¬rının bildirərək deyirdilər ki, “sənin taksi sürməyin bizim cəmiyyətdə yaxşı qarşılanmayacaq, gecə vaxtı taksi sürməyini ümumiyyətlə razılıq vermirik”. Mənsə onların dediklərinə baxmayaraq bu işi görməyə davam etdim və hazırda da normal qarşılayırlar. Maşın sürmək mənə həm zövq verir, həm də özümü, uşağımı saxlayıram. Bir oğlum var, ona çox vaxt ayıra bilmirəm. Bu səbəbdən də oğluma anam baxır. 18 saat, yəni, gecə saatlarına kimi sükan arxasında oluram. Gülər xanım gün ərzində orta hesabla 40-50 manat qazanır ki, onun da bir hissəsini gündəlik plana, qalanını da yanacağa verir: “Benzin alıram, hər gün 5 manat verib maşını yuduz¬du¬ruram. Bu gün ilk müştərim səhər saatlarında oldu. İndi saat 2-di, hələ də, müştəri gözləyirəm”... 

 

 ”Halaldır sənə”

 

Uzun müddət sürücülük etsə də, Gülər xanımın maşın təmirindən qətiyyən başı çıxmır. “Bu qədər müddətdə maşın sürsəm də, təmirindən başım çıxmır. O qədər olub ki, maşın xarab olub, yolda qalmışam. Yalnız yağına və suyuna baxa bilərəm. Qalan hallarda gərək kimisə köməyə çağırım. Elə qadın müştərilər olur ki, taksiylə istədikləri ünvana getməkdən çəkinirlər. Amma məni görən kimi sanki o qadınlarda güvən hissi yaranır və məndə onları istədikləri ünvana çatdırıram». Gülər deyir ki, bəzən kişi sürücülər maşında əyləşən zaman qadın sürücüsü olduğumu bilir və təəcüblənirlər və daha sonra yaxınlaşıb deyirlər ki, ”halaldır sənə”. «Mənə hörmətlə yanaşırlar. Hətta kişilər qadın taksi sürücülərinin çox olmasını istəyirlər. Səbəb kimi dəhəyat yoldaşlarını mənim ünvanlarına çatdırmağımı istəyirlər və bu zaman arxayın olduqlarını bildirirlər”.  

 

“Polislər hörmət edirlər mənə”

 

O deyir: «Polislərimiz də xırda bir qanun pozuntusu olanda mənə göz yumub güzəştə gedirlər. Bunun üçün təşəkkür edirəm onlara. Amma mən çalışıram ki, yol-hərəkət qanunlarına riayət edim. Təsadüfi hallarda, tələsən zaman qanun pozuntusu yaradıram. Elə məqam olur ki, polis cərimə yazır, elə bir vaxtda olur ki, polislər hörmət edirlər mənə. Özümü həvəskar yox, peşəkar sürücü hesab edirəm. Sürəti də sevirəm, amma maşını sürətlə sürmək nəyə lazım? Mən tək olmuram, maşında həmişə şərnişin olur. Onların da həyatını, təhlükəsizliyini düşünmək lazımdır. İşlədiyim vaxtdan demək olar ki, hələ qorxulu hadisələrlə üzləşməmişəm, istər gündüz olsun, istərsə də gecə, rahat şəkildə maşını idarə edə bilirəm. Bəlkə də elə buna görə də qorxmuram”. 

Gülər xanım deyir ki, maşına minən müştərini ünvana çatdıran zaman gediş haqqını ödəmək istədiyi zaman qiymət demirəm nə verərsiz, verərsiz deyirəm. «Xoşum gəlmədiyi adamlara maşın saxlamıram. Peşəmdən irəli gəlir ki, illər ərzində insanları tanımağı öyrənmişəm. Elə bil ki, kimin necə adam olduğunu hiss edirəm»  Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh