Nabranda reyd; sürücülərlə yol polisləri əlbəyaxa oldu - VİDEO

Avtoxəbər 11 İyul 2014 15:05 Oxunub 3101
Nabranda reyd; sürücülərlə yol polisləri əlbəyaxa oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozan sürücüləri maşınlara belə mindiriblər

Yol nəqliyyat hadisələrinin sayının artması polisi hərəkətə gətirib. Nabranda Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.Reyd zamanı polis əməkdaşları 62 nəfər sürücü barədə protokol tərtib edib. Bu zaman polisin saxla əmrinə tabe olmayan sürücülər də olub. Amma polis qanunu pozan şəxsləri qanunun tələblərinə uyğun cəzalandırıb.

Xaçmaz RPŞ-nin DYPB-nin rəisi Əliağa Əsgərbəyli bildirib ki, reyddə 62 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Bunlardan 8-i sərxoş, 7-si sürət həddini aşma, 47-si ötmə, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub. Bütün qayda pozuntusuna görə Xaçmaz polisi tərəfindən protokollar tərtib edilib.

Əliağa Əsgərbəyli həmçinin bildirib ki, istirahət mövsümü başa çatanadək DYP tərəfindən mütamadi olaraq reydlər keçiriləcək. Azerlife.org

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

fikret 10 Noyabr 2014 22:55
avtomobil surmeyen,piyada geden adamlari tutub aparirlar,adinida qoyurlar suruculere qarshi reyd..