Sürücünü mühasirəyə aldılar, Pumalar - VİDEO

Maraqlı 15 Fevral 2016 15:57 Oxunub 1755
Sürücünü mühasirəyə aldılar, Pumalar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Kanada baş verib

İstirahət etmək üçün meşədə gəzintiyə gələn sakin bir göz qırpımında yırtıcıların arasında qaldı.  Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu görüntülər Kanadanın Vankuver şəhəri yaxınlığında lentə alınıb. Avtomobillə meşəlik əraziyə gələn Adam Neş adlı şəxs  gözləmədiyi vəziyyətlə üzləşib.

 

Hərəkətdə olmayan avtomobilin içində insanın olduğunu görən 3 puma  maşını dövrəyə alıb. Baş verənləri mobil telefondan lentə alan Adamın çox qorxduğu elə onun öz  reaksiyasından məlumdur. Onlar məni yemək istəyir deyən kanadalı  mümkün qədər soyuqqanlı olmağa çalışıb.

Adamın bəxti onda gətirib ki, pumalar yaxınlaşan vaxt o  maşının içində olub. Şüşələri qaldıran sürücü yırtıcıların uzaqlaşmasını gözləsə də, pumalar 15 dəqiqə  içində "yağlı tikə" olan maşının ətrafında dövrə vurub.

 

Doğrudur, pumalar tək olduqları halda  insanlardan mümkün qədər uzaq qaçır. Ancaq bu dəfə bir insanı təkləməyə çalışan yırtıcıların onu parçalamaq ehtimalı böyük olub.  Mütəxəssislər deyir ki, 3 pumanın eyni məkanda ova çıxması nadir haldır. Hər halda həm bu nadir görüntünü  lentə aldığı, həm də avtomobilin içində olduğu üçün şanslı olan Adam Neş  bütün ölkənin diqqətini çəkib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh