Taksiyə 1 kilometrə görə, 171 dollar ödədi - VİDEO

Maraqlı 15 Fevral 2016 16:42 Oxunub 1724
Taksiyə 1 kilometrə görə, 171 dollar ödədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ABŞ-da baş verib

Taksidə şirin yuxuya getdi, oyananda acı reallıqla üzləşdi. Vaşinqtonda taksiyə əyləşən bir sakinin maşında yatması ona baha başa gəlib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yol boyu müştərini narahat etməyən sürücü oyananadək avtomobili idarə edib. 1 kilometrlik məsafə üçün taksiya əyləşən sakin 171 dollar yol pulu ödəməli olduğunu eşidəndə, qulaqlarına inanmayıb. Avtomobilə minər-minməz yuxuya gedən müştərinin  nə baş verdiyindən xəbəri olmayıb. Avtomobilin 115 kilometr  yol getdiyinə həm inanır, həm də inana bilmir. Taksi sürücüsü isə bütün şəhəri dövrə vurduğunu avtomobildəki məsafəölçən qurğu ilə sübut edib.

Dünyanın ən böyük onlayn taksi xidməti olan UBER şirkəti yaşanan hadisə ilə bağlı münasibət bildirməyib. Taksi sürücülərinin müştərilərin yatacağı təqdirdə sərgiləməli olduğu davranışın, qanunlarda öz əksini tapmaması isə  bu cür qalmaqallara yaşıl işıq yandırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh