Azərbaycana idxal edilən avtomobillərin sayında 5 faiz artım var

Avtobazar 16 Aprel 2014 00:00 Oxunub 2063
Azərbaycana idxal edilən avtomobillərin sayında 5 faiz artım var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvar-mart aylarında Azərbaycana 22 511 ədəd avtomobil idxal olunub.

Bu ilin yanvar-mart aylarında Azərbaycana 22 511 ədəd avtomobil idxal olunub. avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 132 ədəd və 5,3% çoxdur. Ölkəyə gətirilən avtomobillərin 120 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 305 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh