Sürücülər yollara 552 min manat ziyan vurdu

Qaydalar 17 Fevral 2016 12:55 Oxunub 1926
Sürücülər yollara 552 min manat ziyan vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
92 yol qəzasının səbəbkarı məlum olmadığı üçün BDYPİ-nə müraciət edilib

«2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4  paqonmetr təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və  8  ədəd yol nişanı yararsız hala düşüb, dövlət büdcəsinə ümumilikdə 552 min manat ziyan dəyib». Bu barədə Avtosfer.az-a «Azəryolservis» ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülüb. Belə ki, 201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub. Eyni zamanda, 56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət edilib. Baş vermiş 92 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələri törədənlərin araşdırılaraq tapılması barədə  Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət olunub.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh