“BMW” körpüdən aşdı – FOTOLAR

Gündəm 12 İyul 2014 02:26 Oxunub 1719
“BMW” körpüdən aşdı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis gələnə qədər sürücü ərazidən uzaqlaşıb

Bakının Xətai rayonunda minik maşını körpüdən aşıb. APA -nın məlumatına görə, hadisə Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki körpüdə qeydə alınıb. Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü körpüyə daxil olan zaman idarəetməni itirərək maşını əvvəlcə körpünün kənarlarındakı maniyəyə çırpıb. Ancaq sürət yüksək olduğundan avtomobil körpüdən aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. “BMW” markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisədən sonra sürücü maşını tərk edərək ərazidən uzaqlaşıb. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh