Ötməyə nə vaxt başlaya bilər? - DOĞRU CAVAB

Yarışma 18 Fevral 2016 13:56 Oxunub 2327
Ötməyə nə vaxt başlaya bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü qabaqda gedən bu nəqliyyat vasitəsini ötməyə nə vaxt başlaya bilər? 

A) Elə bu vəziyyətdə;

B) Dəmiryol keçidindən dərhal sonra;

C) Dəmiryol keçidindən ən azı 100 metr aralandıqdan sonra.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 3-cü bəndinə əsasən, dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda ötmə qadağandır, yəni keçiddən sonra məsafədən asılı olmayaraq ötmək olar. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü qabaqda gedən bu nəqliyyat vasitəsini ötməyə dəmiryol keçidindən dərhal sonra başlaya bilər.

Suala ilk doğru cavabı Mətləb adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh