Cavid Qurbanov Ştadlerlə görüşdü

Gündəm 19 Fevral 2016 12:59 Oxunub 1152
Cavid Qurbanov Ştadlerlə görüşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır

Fevralın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştadler ilə görüş keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat vermişdir. C. Qurbanov bildirmişdir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group" şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. "Stadler Rail Group" şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanmışdır. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

İkitərəfli görüşdə, İsveçrə və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunmuşdur.

Səfir Filip Ştalder çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirmişdir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh