Hava proqnozu - Yağış, sulu qar və qar yağacaq

Gündəm 20 Fevral 2016 00:06 Oxunub 2215
Hava proqnozu - Yağış, sulu qar və qar yağacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fevralın 21-i və 22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir

Bakıda və Abşeron yarımadasında həftənin şənbə günü, fevralın 20-də arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 21-i və 22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh