Bakının mərkəzində ağır qəza: 3 yaralı

Gündəm 12 İyul 2014 14:23 Oxunub 1313
Bakının mərkəzində ağır qəza: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BMW” və “Mercedes” markalı avtomobillər toqquşub

Bakıda yol qəzası baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bülbül prospekti, 1 ünvanında qeydə alınıb. 1967-ci il təvəllüdlü Elşən Zeyqəm oğlu Babayevin idarə etdiyi 10 AK 009 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə 1982-ci il təvəllüdlü Ramiz Ələsgər oğlu Əliyevin idarə etdiyi 10 UA 275 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1993-cü il təvəllüdlü Osman Hüseynqulu oğlu Poladov və 1988-ci il təvəllüdlü Elvin Zeynəddin oğlu Xasmətov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh