"Təhlükə yoxdur" - Nazirlik

Gündəm 19 Fevral 2016 15:22 Oxunub 1489
"Təhlükə yoxdur" - Nazirlik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Bakı-Sumqayıt yolunda quyular qazılıb və təmir-bərpa işləri aparılır

"Bakı-Sumqayıt yolunda çatların genişlənməsi və çökmə Avtovağzal üçün təhlükəli deyil".

Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, hazırda ərazidə çatların genişlənməsi antropogen proses nəticəsində baş verib: "Bakı-Sumqayıt yolunun çökməsi və çatların əmələ gəlməsi sırf texnogen proseslər nəticəsində baş verib. Bunu yolu çəkənlərdən məlumat ala bilərsiniz, bizim səlahiyyətimizdən kənar məsələdir. Çökmənin ekzogen proseslə heç bir əlaqəsi yoxdur, antropogen amillərlə əlaqədardır. Buna görə də, biz işimizi saxladıq".

Ə.Piriyev həmçinin bildirib ki, hazırda Bakı-Sumqayıt yolunda quyular qazılıb və təmir-bərpa işləri aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh