Bakıda qadınla kişi yol qəzasının qurbanı oldu

Gündəm 12 İyul 2014 14:33 Oxunub 1445
Bakıda qadınla kişi yol qəzasının qurbanı oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Bu gecə Bakıda iki piyada yol qəzasının qurbanı olub. Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, saat 00:36-da Bakı-Şamaxı yolunun 35-ci kilometrliyində 40 yaşlı Cavad Ağayevi maşın vurub. Piyada hadisə yerində ölüb. Digər yol qəzası isə Zabrat qəsəbəsi istiqamətində olan yolda, “Sabunçu dairəsi” adlanan ərazidə baş verib. Səhər saat 06:00 radələrində 56 yaşında Könül Hüseynova minik maşını tərəfindən vurulub. Qadın ağır yaralanıb. Lakin həkimlər hadisə yerinə çatana kimi qadın dünyasını dəyişib. Qadını vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh