Metro ilə Dəmiryol Vağzalı birləşdirilir - VİDEO

Bu ilin sonunda təmirinin başa çatdırılması nəzərdə tutulan Bakı Dəmiryolu Vağzalında daha bir tunel sərnişinlərin istifadəsinə veriləcək. Bu tunel vasitəsilə sərnişinlər bir başa 28 may metro stansiyasını qarşısına çıxa biləcək. Vağzal ərazisində yeniliklər bununla bitmir. Təmirdən sonra vağzal ərazisində mehmanxanada da olacaq. Paytaxtın əsəs dəmir yol stasiyasından metroya çıxışı rahatlaşdıracaq tunel istifadəyə veriləcək. Bu yoldan istifadə edən sərnişinlərin həm yolu qısalacaq , həm də metroya daha tez çata biləcəklər. Bakı sərnişinin stansiyasında aparılan əsaslı təmir tikinti işləri çərçivəsində metronun 28 may stansiyasına doğru yeni tunel çəkilib. Burda işlər başa çatdıqdan sonra sərnişinlər vaqondan düşüb turniketdən keçdikdən sonra bu tunelə daxil olaraq bir başa metronun 28 may stansiyasının qarşısına çıxa biləcəklər. Bunda başqa əvvəl ərazidə olan keçidlərdə bu tunelə birləşəcək. Nadir Əzməmmədov deyib ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa “28 May” metro stansiyasına çıxış əldə edə biləcəklər. Bu ilin sonuna kimi Bakı-Tiflisi -Qars dəmiryolu xəttinin istifadəyə verilməsidə gözlənilir ki, bu da baş verdikdə dəmir yol vağzalından istifadə edəcək sərnişinlərin sayının bir neçə dəfə artacağı gözlənilir.
Onun sözlərinə görə, təmir işləri nəticəsində Vağzalın Binası tamamilə yeniləcək, burada sərnişinlər üçün yeni şərait yaradılacaq. «Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir». Vağzal binasında sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. “Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma – vağzal aurası olacaq”.
Stansiya ərazisində olan 16 mərtəbəli binada isə müasir otel və Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətin inzibati binası fəaliyyət göstərəcək.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










