Yol polisi maşınını çəkicləyən şəxs adam öldürübmüş

Gündəm 20 Fevral 2016 12:10 Oxunub 9360
Yol polisi maşınını çəkicləyən şəxs adam öldürübmüş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə polis maşınını çəkicləyənlə bağlı qərar verdi - 30 min manat ziyan dəyib

Bakıda yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmə qarşısına çıxarılıb. Avtosfer.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, Şahin Bəylərov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə olan heroin aşkarlanıb. Avtosfer.az-ın məlumatına görə, Şahin Bəylərov əvvəllər qəsdən adam öldürməyə görə 8 il həbs cəzası çəkib və 2008-ci ildə azadlığa çıxıb. Onun yol polisi maşınına hücumu şəxsi problemlə bağlı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh