Bakıda yol qəzası dəhşət yaşatdı: 3 ölü, 2 yaralı

Gündəm 13 İyul 2014 00:50 Oxunub 1630
Bakıda yol qəzası dəhşət yaşatdı: 3 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərdən ikisi yeniyetmə bacı və qardaşıdır

Dünən saat 14:00-da Bakının Suraxanı rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Hövsan yolunda qeydə alınıb. Belə ki, "VAZ" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların da vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Artıq dəhşətli yol-nəqliyyat hadisəsində ölən və yaralananların adı bəlli olub. 3 saylı şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Hövsan qəsəbə sakini, 36 yaşlı Əhmədova Könül Əlixan qızı və yük maşınının sürücüsü, 25 yaşlı Sumqayıt sakini Heydərov Pərviz Aqil oğlu xəstəxanaya yerləşdiriliblər. Sürücüyə artıq ilkin tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır. Ölənlərin üçünün də “VAZ-2106” markalı avtomobildə olduğu bildirilir. Ölənlərin adlarına gəlincə, “VAZ-2106”nın sürücüsü, 24 yaşlı Ağayev Pünhan Səftər oğlu, 13 yaşlı Əhmədova Şahnaz Eldar qızı və onun 10 yaşlı qardaşı Əhmədov Elmar Eldar oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh