Metrodan istifadə edənlərin sayı azalıb

Gündəm 21 Fevral 2016 09:31 Oxunub 1490
Metrodan istifadə edənlərin sayı azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,2% azalaraq 16,8 mln. nəfərə çatıb

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 9,3 mln. ton yük, 120,6 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişinlərin 96,5%-i avtobus, 3,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,2% azalaraq 16,8 mln. nəfərə çatıb. Hava nəqliyyatı ilə 114,6 min və ya 11,0 % az sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 44,9 % artaraq 11,3 min tona çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh