Bakı-Quba yolunda ağır qəza: 10 nəfər yaralanıb

Gündəm 13 İyul 2014 00:54 Oxunub 1408
Bakı-Quba yolunda ağır qəza: 10 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki avtomobildə olanların hamısı xəstəxanalıq olub

Dünən Bakı-Quba-Rusiya Rederasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib  Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza magistralın 132-ci km-də, Şabran rayonunun Gəndob kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rzayev Vüsal Mübariz oğlunun idarə etdiyi “BMW” markalı avtomaşınla Siyəzən rayon sakini, 1986-cı il təvəllüdlü Mahmudov Ənvər Yavər oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və  sərnişinləri - 1986-cı il təvəllüdlü Quliyeva Rəqsanə Əhəd qızı, 1972-ci il təvəllüdlü Quliyev Vətən Nadir oğlu, 2008-ci il təvəllüdlü Məmmədtağıyeva Mehriban Mehrab qızı, 2010-cu il təvəllüdlü Quliyeva Gülsurə Vətən qızı, 1986-cı il təvəllüdlü Məmmədtağıyeva Ofelya Əhəd qızı, 1982-ci il təvəllüdlü Aslanov Əflatun Əhəd oğlu, 1968-ci il təvəllüdlü İbrahimova Nəzakət Əlislam qızı və 1987-ci il təvəllüdlü Rzayeva Səbinə İbrahim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 4 nəfər stasionar qaydada müalicələrini davam etdirir və  vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qalanları isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırmalar davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh